Bank Of Baku

Bakıda azyaşlılar dəm qazından zəhərləniblər

Bakıda azyaşlılar dəm qazından zəhərləniblər
# 31 yanvar 2024 01:20 (UTC +04:00)

Bakının Sabunçu rayonunda iki nəfər zəhərlənib.

APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, hamam otağında olan 2010-cu il təvəllüdlü Kərimova Vəfa Sadiq qızı və 2009-cu il təvəllüdlü Murtuzova Xədicə Heydər qızı çimərkən dəm qazından zəhərləniblər.

Azyaşlılar yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, X. Murtuzovanın valideynləri uşağı qonşuya müvəqqəti baxmaq üçün vermişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR