Bank Of Baku

Bakıda binanın lifti qırılıb, dörd nəfər xəsarət alıb - YENİLƏNİB-1 - FOTO - VİDEO

Bakıda binanın lifti qırılıb, dörd nəfər xəsarət alıb - YENİLƏNİB-1  - FOTO   - VİDEO
# 16 yanvar 2024 22:19 (UTC +04:00)

Xəbərə fotolar və video əlavə edilib.

Nurlan Əli

***

Saat 21:14

Bu gün saat 18:13 radələrində Xətai rayonu, Gəncə prospekti 2980/81 ünvanında liftdə baş verən qəza səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, dərhal hadisə yerinə 3 təcili yardım briqadası cəlb olunub.

Hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

Onlardan 2 nəfər böyük (1 kişi cinsli, 1 qadın cinsli olmaqla) və 1 uşaq Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 1 uşaq isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

***

Saat 20:42

Bakıda yaşayış binasında lift qırılıb.

APA-nın əldə etdiyi məlumata əsasən hadisə Xətai rayonu Gəncə prospektində qeydə alınıb.

İlkin məlumata görə, dörd nəfər xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR