Bank Of Baku

Bakıda dörd “Toyota” markalı avtomobil toqquşub - FOTO

Bakıda dörd  “Toyota” markalı avtomobil toqquşub - FOTO
# 11 dekabr 2024 23:51 (UTC +04:00)

Bakının Sabunçu rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, hadisə nəticəsində dörd “Toyota” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində sürücülərdən biri xəsarət alıb. O təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

İki avtomobil yararsız vəziyyətə düşüb, yol kənarındakı məlumatverici lövhə sıradan çıxıb. Əraziyə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR