Bakıda bıçaqlanan məktəblinin vəziyyəti açıqlanıb.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 15-də 15:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu ərazisindən təcili çağırış daxil olub.
Məlumata görə, dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən kişi cinsli şəxs bədənin çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Qeyd olunub ki, Kliniki Tibbi Mərkəzin Uşaq Cərrahiyyəsi şöbəsinə hospitalizasiya olunan 2008-ci il təvəllüdlü (kişi) pasiyent əməliyyat edilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.
Bakı Şəhər Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildiriliv ki, oktaybrın 15-də dərsdən kənar vaxtda (saat 16:00 radələrində) məktəbdənkənar ərazidə 274 nömrəli məktəbin X sinif şagirdi tərəfindən (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) 306 nömrəli məktəbin şagirdinin qardaşına xəsarət yetirilməsi haqqında məlumat daxil olub: "Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldığını nəzərə alaraq ictimaiyyətin bu mövzuda daha həssas davranması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur".
Gülcahan Məmmədova
***
10.47
Bakıda məktəbli bıçaqlanıb.
APA xəbər verir ki, hadisə Binəqədi rayonu, 28 May qəsəbəsində orta məktəbin qarşısında baş verib. 11-ci sinif şagirdi M.S. və S.S. mübahisə edib. Nəticədə şagird həmyaşıdını bıçaqlayıb. Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini S.S. polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma başlanılıb.