Bakıda polis rəisi özünü güllələyərək öldürüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev bu gün səhər saatlarında xidməti otağında tabel silahından istifadə etməklə intihar edib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılr.
Qeyd edək ki, R. Mirzəyev polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.