Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, avtoqəza metronun "Əhmədli" stansiyasının yaxınlığında qeydə alınıb.
1961-ci il təvəllüdlü Tağıyeva Aygün Firudin qızı yolu keçərkən onu minik avtomobili vurib. Piyada baldır sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.