Bank Of Baku

Bakıda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb

Bakıda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb
# 27 dekabr 2023 07:04 (UTC +04:00)

Dekabrın 27-si saat 02 radələrində paytaxtın Nərimanov rayonu ərazisində 1990-cı il təvəllüdlü Etibar Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, araşdırmalarla 1975-ci il təvəllüdlü Elşən Nəbiyevin Nərimanov rayonu Uluqbəy küçəsi ərazisində aralarında yaranmış mübahisə zamanı Etibar Əliyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Elşən Nəbiyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR