Bank Of Baku

Bakıda “Range Rover”dən 9400 dollar oğurlanıb

Bakıda “Range Rover”dən 9400 dollar oğurlanıb
# 03 dekabr 2024 11:07 (UTC +04:00)

Bakının Nizami rayonu ərazisində avtomobildən oğurluq edilib.

APA DİN-ə istinadən xəbər verir ki, polisə müraciət edən zərərçəkmiş “Range Rover” markalı avtomobilindən 9400 ABŞ dollarının oğurlandığını bildirib.

Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 45 yaşlı N.Cəmilov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR