Bakıda restoranda yanğın olub.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 350 m² olan restoran binasının havalandırma qurğusunda kömür filtri və yağ qalıqları yanıb.
Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.