Bakıda restorandan 3500 manatlıq palto oğurlayan qadın tutulub

Bakıda restorandan 3500 manatlıq palto oğurlayan qadın tutulub
# 03 dekabr 2021 12:00 (UTC +04:00)

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə noyabrın 29-da rayon ərazisindəki restoranların birindən 3500 manat dəyərində paltonun oğurlanması barədə məlumat daxil olub.

Bu barədə APA-ya DİN-dən məlumat verilib. Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini L.Süleymanova müəyyən edilərək saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR