Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində təkər tullantıları toplanan 400 m² açıq ərazidə baş verən yanğın qısa müddətdə söndürülüb.
FHN-dən APA-ya verilən məlumata görə, yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.
***
22:26
Bakıda Zığ qəsəbəsinə gedən yolun kənarında - təkər tullantıları toplanan ərazidə yanğın başlayıb.
APA-nın məlumatına görə, hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının söndürülməsi işlərinə cəlb olunub.