Bakıda yeni tikilən binadan oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 11-nə keçən gecə rayon ərazisinə yeni inşa edilən binalardan birinin həyətindən 9000 manat dəyərində naqil oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakinləri C.Əsgərov və R.Şükürov saxlanılıb.
Araşdırma aparılır.