Bakıda kafedə bıçaqlanma olub.
APA xəbər verir ki, hadisə Yasamal rayonu, Alatava küçəsində yerləşən "Xəngəl evi" adlanan kafedə qeydə alınıb.
Elçin Cənnətalıyev münaqişə zəminində Elşad Ağayevi bıçaqlayıb.
Yaralı xəstəxanaya yerləşdirilib, Elçin Cənnətalıyev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.