Bank Of Baku

Bakıda yataqxanada yanğın olub, 1 nəfər xəsarət alıb - YENİLƏNİB

Bakıda yataqxanada yanğın olub, 1 nəfər xəsarət alıb - YENİLƏNİB
# 19 avqust 2025 16:12 (UTC +04:00)

Bu gün saat 03:40 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yanğın baş verməsi səbəbindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaarq bildirilib ki, təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə (kişi cinsli) zəruri ilkin tibbi xidmət göstərilib və Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunub.

1988-ci il təvəllüdlü şəxsə sol baldırın I-II dərəcəli termiki yanığı diaqnozu təyin olunub. Vəziyyəti kafi qiymətləndirilən şəxs ambulator müalicə üçün buraxılıb.

Gülcahan Məmmədova

***

11.43

Bakı şəhərinin Nəsimi rayonunda yanğın olub.

APA FHN-ə istinadən xəbər verir ki, ikimərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində 50 m² sahədə məişət tullantıları yanıb. Yataqxana binası yanğından mühafizə olunub. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR