Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə 8 Noyabr prospektində qeydə alınıb.
"Daewoo Damas" markalı avtomobil idarəetməni itirərək əvvəlcə "KİA" markalı avtomobilə vurub, daha sonra isə yol kənarında işıqfora çırpılıb.
Nəticədə "Daewoo Damas" markalı avtomobilin sürücü xəsarət alıb.