Balakəndə bıçaqlanma hadisəsi baş verib.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, Balakən şəhər sakini, 1994-cü il təvəllüdlü Samiddin Quliyev belin kəsilmiş-deşilmiş və qulağın kəsilmiş xəsarətləri ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına daxil olub. Ona lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil. Balakən Rayon Polis Şöbəsində faktla bağlı araşdırma aparılır.