Balakəndə dördotaqlı fərdi yaşayış evi yanıb

Balakəndə dördotaqlı fərdi yaşayış evi yanıb
# 13 fevral 2024 08:06 (UTC +04:00)

Balakəndə fərdi yaşayış evində yanğın olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Aydın Məmmədov küçəsində Ramiz Mollaəli oğlu Qarayevə məxsus, ümumi sahəsi 120 kvadratmetr olan kürsülü birmərtəbəli dörd otaqdan ibarət fərdi yaşayış evində baş verib.

Əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR