Bərdədə baş verən yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub.
APA-nın Qarabağ bürosunun məlumatına görə, qəza zamanı sərnişinlərdən Tanrıverdi Hacıyev ölüb, Bərdə rayon sakinləri - 1991-ci il təvəllüdlü Qarayev Rüfət Əbülfət oğlu və 1990-cı il təvəllüdlü İsmayılov İlkin Şahin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
***
18.27
Bərdədə 2 minik maşını toqquşub.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Qaradəmirçi kəndi ərazisində baş verib. “VAZ 2106” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Xəsarət alanlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə yerinə FHN-in xilasediciləri də cəlb olunub.
Faktla bağlı araşdırma aparılır, ölən və xəsarət alanların kimliyi araşdırılır.