Bank Of Baku

Bərdədə iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Bərdədə iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO
# 11 oktyabr 2025 10:50 (UTC +04:00)

Bərdədə iki minik avtomobili toqquşub.

APA-nın yerli müxbirinin verdiyi məlumata görə, hadisə Bərdə-Yevlax yolunda qeydə alınıb. "VAZ-2106" və "Infiniti" markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alanların olduğu qeyd edilir.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən APA-ya verilən məlumata görə, Bərdə-Yevlax yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar bu gün saat 10:40 radələrində 2 nəfər (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən hər iki şəxs ambulator müalicə üçün evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR