Bank Of Baku

Beyləqanda iki maşın toqquşub, ata və azyaşlı oğlu ölüb - FOTO

Beyləqanda iki maşın toqquşub, ata və azyaşlı oğlu ölüb - FOTO
# 06 dekabr 2024 10:20 (UTC +04:00)

Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Aşıqalılar kəndində qeydə alınıb.

Emin Həziyevin idarə etdiyi “VAZ 21214 Urban” markalı avtomobillə Elmidar Qafarovun idarə etdiyi “QAZ 330210” markalı avtomobil toqquşub.
Qəza nəticəsində 1981-ci il təvəllüdlü Emin Həziyev hadisə yerində ölüb. Onun avtomobilində olan oğlu 2016-cı il təvəllüdlü Rəvan Həziyev və digər sürücü Elmidar Qafarov xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Azyaşlını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR