Binəqədi rayonu Biləcəri qəsəbəsində Şərq vaqon deposunda yük qatarının vaqonunda baş verən yanğın söndürülüb. Bu barədə APA-ya FHN-dən bildirilib.
***
19:11
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsində Şərq vaqon deposunda yük qatarının vaqonunda yanğın olması barədə məlumat daxil olub.
APA-nın FHN-in saytına istinadən xəbərinə görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.