Biləcəridə taksidə mübahisə bıçaqlanma ilə nəticələnib, ictimai fəal Əhməd Məmmədli saxlanılıb

Əhməd Məmmədli

© APA | Əhməd Məmmədli

# 07 may 2025 10:38 (UTC +04:00)

Biləcəridə mübahisə bıçaqlanma ilə nəticələnib.

APA-nın məlumatına görə, mayın 6-da saat 22 radələrində 1988-ci il təvəllüdlü Dünyamalıyev Vüqar Rasim oğluna Biləcəri qəsəbəsi R. İsmayılov küçəsində qarın boşluğundan bıçaqla xəsarətlər yetirilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin 2001-ci il təvəllüdlü, Cəlilabad rayonunda anadan olmuş Məmmədli Əhməd Vüqar oğlu olduğu müəyyən edilib və o, saxlanılıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

İlkin məlumata görə, hadisəyə taksidə yer üstündə mübahisə səbəb olub.

Saxlanılan Əhməd Məmmədli ictimai fəaldır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR