Bank Of Baku

Biləsuvardakı Cəbrayıl şəhərciyində 5 kq narkotik vasitə aşkarlanıb

Biləsuvardakı Cəbrayıl şəhərciyində 5 kq narkotik vasitə aşkarlanıb
# 28 fevral 2026 09:11 (UTC +04:00)

Biləsuvar rayonunda yerləşən Cəbrayıl şəhərciyində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbir keçirilib.

DİN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbir zamanı narkotiklərin satışını həyata keçirməkdə şübhəli bilinən Zaur Əkbərov və Ramil Abızadə Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıblar.

Onlardan 5 kiloqram 650 qram marixuana və 60 ədəd metadon həbi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR