Bu il ərzində cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında 43 cinayət qeydə alınıb.
APA xəbər verir ki, bunu Penitensiar xidmətinin Baş idarəsində 2021-ci ilin birinci yarımili ərzində fəaliyyətin yekunları üzrə videokonfrans formatında əməliyyat müşavirəsində Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov deyib.
O bildirib ki, qeydə alınmış 43 cinayət hadisələrindən 30-u görüşə gəlmiş, sovqat gətirmiş vətəndaşlar və digər şəxslər tərəfindən törədilib.
Rəis müavini qeyd edib ki, keçirilən tədbir nəticəsində 36 fakt üzrə narkotik vasitələrin və 8 ədəd mobil telefonların gizli yolla penitensiar müəssisələrə keçirilməsinin qarşısı alınıb.