Bank Of Baku

Bu il suda batmış 52 nəfərin meyiti tapılıb, 161 nəfər xilas edilib

Bu il suda batmış 52 nəfərin meyiti tapılıb, 161 nəfər xilas edilib
# 16 dekabr 2024 16:16 (UTC +04:00)

Bu il ərzində Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən nəzarət olunan çimərlik ərazilərində batmaq təhlükəsi ilə üzləşmiş 71 nəfər və nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə 90 nəfər olmaqla, cəmi 161 nəfər xilas edilib.

APA xəbər verir ki, bu barədə dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 19-cu ildönümü və işçilərinin peşə bayramı münasibətilə keçirilən iclasda çıxışında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bildirilib.

Qeyd olunub ki, nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə suda batmış 52 nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin, Nazirliyin aidiyyəti qurumlarının 662 nəfər şəxsi heyəti, habelə 117 ədəd nəqliyyat vasitəsi, 3 qayıq, 85 motopompa cəlb olunmaqla oktyabr ayında intensiv yağışlarla əlaqədar Bakı şəhəri və Abşeron rayonu ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib, ümumilikdə 542 nəfər təhlükəsiz əraziyə təxliyə edilib, 2 nəfərin cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR