Bank Of Baku

Cəlilabada toya gedən şəxsi avtomobil vuraraq öldürüb - YENİLƏNİB

Cəlilabada toya gedən şəxsi avtomobil vuraraq öldürüb - YENİLƏNİB
# 30 dekabr 2023 10:12 (UTC +04:00)

Bakıdan Cəlilabada toya gedən şəxsi avtomomobil vuraraq öldürüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, ötən gün yol qəzasında ölən şəxsin Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Balala Məmmədağa oğlu Abbasəliyev olduğu məlum olub. Onun Bakı şəhərindən Cəlilabad rayonuna toy məclisinə gəldiyi bildirilir.

Meyit aidiyyəti üzrə təhvil verilib.

***

29 dekabr, 22.21

Cəlilabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı nəqliyyat vasitəsi piyadanı vuraraq öldürüb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Cəlilabad Rayon Şöbəsinə təhvil verilib.

Hazırda ölən şəxsin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR