Bank Of Baku

Cəlilabadda çaqqal kənd sakinlərinə hücum edib - YENİLƏNİB - FOTO

Cəlilabadda çaqqal kənd sakinlərinə hücum edib - YENİLƏNİB  - FOTO
# 09 avqust 2025 13:12 (UTC +04:00)

Çaqqal dişləməsi səbəbilə 3 nəfər (2 qadın, 1 kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

APA xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, 1974 (2 nəfər qadın cinsli) və 1999-cu il təvəllüdlü şəxslərə hər iki aşağı və yuxarı ətrafların dişlənmiş yaraları diaqnozları təyin olunub.

"Hər üç şəxsə zəruri tibbi yardım göstərilib və vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb", - məlumatda vurğulanıb.

***

12:40

Cəlilabad rayonunda çaqqal kənd sakinlərinə hücum edib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Şatırlı kəndində baş verib.

Nəticədə 3 nəfər xəsarət alıb. Xəsarət alanlar Cəlilabad rayon xəstəxanasına hospitalizasiya olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR