Cəlilabad rayonunda yol qəzası baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.
"VAZ 2110" markalı minik avtomobili ilə "Ford" markalı yük avtomobili toqquşub. Qəza nəticəsində minik maşınının sürücüsü Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 1965-ci il təvəllüdlü Əyyub Əsədov hadisə yerində ölüb. Yük avtomobilinin sürücüsü Ağcabədi rayon sakini, 1991-ci il təvəllüdlü Orxan Səfərov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.