Bank Of Baku

Cəlilabadda yol qəzasında 3 nəfər xəsarət alıb

Cəlilabadda yol qəzasında 3 nəfər xəsarət alıb
# 12 yanvar 2024 19:10 (UTC +04:00)

Cəlilabadda yol qəzası baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Suluçeşmə kəndi ərazisində qeydə alınıb.

"VAZ 2107" markalı minik avtomobili ilə "Mercedes" markalı minik avtomobili toqquşub. Nəticədə 1966-cı il təvəllüdlü Ə. Süleymanov, 1985-ci il təvəllüdlü A. Mənsimov və 2007-ci il təvəllüdlü D. Mənsimova xəsarət alıblar. Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR