Bank Of Baku

Culfada 1 həftə əvvəl yanğında xəsarət alan qadın ölüb - FOTO - YENİLƏNİB-1

Culfada 1 həftə əvvəl yanğında xəsarət alan qadın ölüb - FOTO  - YENİLƏNİB-1
# 19 iyun 2026 11:20 (UTC +04:00)

İyunun 11-də Culfa şəhərdəki 5 mərtəbəli yaşayış binasında baş verən yanğında xəsarət alan 2004-cü il təvəllüdlü Fidan Zeynalova ölüb.

APA xəbər verir ki, o, müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, yanğın nəticəsində onun azyaşlı övladı 2023-cü il təvəllüdlü Emil Zeynalov da ölmüşdü.

***

11 iyun, 16.51

Bu gün Culfa şəhərində baş verən yanğın zamanı xəsarət alan 2023-cü il təvəllüdlü Emil Zeynalov Naxçıvan Muxtar Respublika Xəstəxanasında ölüb.

APA xəbər verir ki, azyaşlının anası 2004-cü il təvəllüdlü Fidan Zeynalovanın müalicəsi davam etdirilir.

***

14:18

Culfa şəhərində yaşayış binasında yanğın olub.

APA xəbər verir ki, hadisə şəhərdəki 5 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb. Hadisə yerinə FHN-in qüvvələri cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 2004-cü il təvəllüdlü Fidan Zeynalova və onun 2023-cü il təvəllüdlü övladı xəsarət alıb. Onlar əvvəlcə Culfa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Daha sonra onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR