Ələt qəsəbəsində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Ələt qəsəbəsində "Mercedes" markalı minik avtomobili yolu keçən iki piyadanı vuraraq öldürüb.
Onlardan biri Salyan sakini, 45 yaşlı Anar Həsənnqulu oğlu Bayramov, digəri isə Salyan rayonunun Həsənli kənd sakini, 1956-cı il təvəllüdlü Manafov Mehdiqulu Allahyar oğludur.
Faktla bağlı araşdırma aparılır.