Bank Of Baku

Əli Kərimli və Məmməd İbrahim Ramiz Mehdiyevlə bağlı DTX-da davam edən cinayət işi üzrə şübhəli şəxs kimi istintaqa cəlb olunub

Əli Kərimli və Məmməd İbrahim Ramiz Mehdiyevlə bağlı DTX-da davam edən cinayət işi üzrə şübhəli şəxs kimi istintaqa cəlb olunub
# 30 noyabr 2025 17:12 (UTC +04:00)

Məlumdur ki, dünən AXCP sədri Əli Kərimli və həmin partiyanın üzvü Məmməd İbrahimin evlərində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən axtarış aparılıb, daha sonra onlar DTX-yə aparılaraq orada dindiriliblər.

APA xəbər verir ki, bu gün isə məlum olub ki, hər iki şəxs PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı DTX-də davam edən cinayət işi üzrə artıq şübhəli şəxs qismində istintaqa cəlb ediliblər.

Hələlik onlara ittiham elan olunmayıb.

Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barələrində aparılan araşdırma çərçivəsində DTX-də dindiriliblər.

Onların evində axtarış aparıldıqdan sonra onlar Dövlət Təhlükəsizliyi Xidmətinə aparılıblar.

Məlumata görə, Əli Kərimlinin və Məmməd İbrahimin evindəki axtarış və dindirilmə Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədardır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR