Bank Of Baku

Əli Kərimlinin mühafizəçisinin saxlanılması ilə bağlı məlumatlara aydınlıq gətirilib

Əli Kərimlinin mühafizəçisinin saxlanılması ilə bağlı məlumatlara aydınlıq gətirilib
# 22 mart 2025 13:15 (UTC +04:00)

Əli Kərimlinin mühafizəçisi Kənan Zeynalovun saxlanılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

APA xəbər verir ki, martın 21-i saat 20:00 radələrində Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində paytaxt sakini 36 yaşlı Anar Rəhimovun qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı Kənan Zeynalov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Hadisənin tərəflər arasında yaranan şəxsi münasibətlər zəminində baş verdiyi məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, məlumatı DİN-in Mətbuat Xidmətinin Media və İctimaiyyətlə əlaqələr Şöbəsinin rəisi Anar Qafarov təsdiq edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR