Bank Of Baku

FHN: Avtomobildə sıxılı qalan şəxs xilas edilib - VİDEO

FHN: Avtomobildə sıxılı qalan şəxs xilas edilib - VİDEO
# 02 avqust 2025 11:15 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirliyin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “KAMAZ” və “MAN” markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “KAMAZ” markalı yük avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1961-ci il təvəllüdlü Rzayev Sərdar İnqlab oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR