Bank Of Baku

FHN Maştağadakı yanğınla bağlı məlumat yayıb - VİDEO - YENİLƏNİB

FHN Maştağadakı yanğınla bağlı məlumat yayıb - VİDEO  - YENİLƏNİB
# 08 noyabr 2025 19:45 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Bakı şəhərinin Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verən yanğınla bağlı məlumat yayıb.

APA nazirliyin saytına istinadən xəbər verir ki, bir dam altında tikilən ümumi sahəsi 140 m² olan müxtəlif təyinatlı obyektlərdən sahəsi 20 m² olan dönərxana, bitişik sahəsi 15 m² olan ət mağazasının yanar konstruksiyaları, sahəsi 25 m² olan parfumeriya mağazası 10 m², sahəsi 80 m² olan fotostudiya 5 m² sahədə yanıb və lambirdən ibarət tavanı 75 m² sahədə əriyib.

Obyektlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

10:24

Sabunçu rayonunda obyektdə yanğın olub.

APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində yerləşən dönərxanada qeydə alınıb.

Əraziyə FHN qüvvələri cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR