Bank Of Baku

Gədəbəydə ana və qızı döyülüb, ekspertiza təyin olunub - YENİLƏNİB

Gədəbəydə ana və qızı döyülüb, ekspertiza təyin olunub - YENİLƏNİB
# 11 aprel 2025 15:29 (UTC +04:00)

Aprelin 11-də saat 13:40 radələrində 2 nəfər (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 1983-cü il təvəllüdlü şəxsə dizin və çiyinin əziyi, 2007-ci il təvəllüdlü şəxsə isə üz nahiyəsinin əziyi diaqnozları təyin edilib: "Hər 2 pasiyentə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar".

***

13.59

Gədəbəydə döyülmə faktı qeydı alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb. 1983-cü il təvəllüdlü İ.Mürsəlova və övladı 2007-ci il təvəllüdlü N.Mürsəlova döyülərək xəsarət alıb və xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, İ.Mürsəlova qaynatası və baldızı tərəfindən döyülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-ya bildirib ki, faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır, ekspertiza təyin olunub. Araşdırmanın sonunda məsələyə hüquqi qiymət veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR