Gəncədə oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şəhərin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 21-də tikinti sahələrinin birindən 25000 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini C.Abbasov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.