Gəncədə yol qəzası ilə əlaqədar bu gün saat 12:30 radələrində 2 nəfər (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Hər iki şəxsə başın dəqiqləşdirilməmiş lokalizasiyasının səthi travması diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Gülcahan Məmmədova
***
12.58
Gəncədə yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində avtomobil yolu keçmək istəyən 4 piyadanı vurub. Daha sonra avtomobil idarəetmədən çıxaraq divara çırpılıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Qəza nəticəsində 1959-cü il təvəllüdlü Q. Səfərova ölüb.
Xəsarət alanlar isə 1987-ci il təvəllüdlü İ. Məmmədova, 2008-ci il təvəllüdlü P. Məmmədova, 2024-cü il N. Məmmədovdur.
Faktla bağlı araşdırma aparılır.