Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, ölən piyada 1976-ci il təvəllüdlü Abdulayev İlkin Əli oğludur.
***
00.59
Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan Hyundai markalı minik maşını yolu keçən piydanı vurub. Piyada xəstəxanaya yerləşdirilib.