Bu gün saat 05:40 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə 2 nəfər (1 kişi, 1 qadın) hospitalizasiya olunub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.
***
09:41
Gəncədə 33 yaşlı kişini bıçaqlayan şəxs tutulub.
APA-nın yerli bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq əməliyyat-axtarış tədbirlər nəticəsində hadisənin törətməkdə şübhəli bilinən 35 yaşlı İ.Əliyev saxlanılıb.
Məlumata görə, hadisənin törətməkdə şübhəli bilinən əvvəlcə 33 yaşlı E.Əsgərovu daha sonra isə bacısı 1987-ci il təvəllüdlü S.Abbasovanı bıçaqlayıb.
Qeyd edəki ki, hadisə Gəncə qapısının yaxınlığında qeydə alınıb.
Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
***
06:36
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, Daşkəsən rayon sakini 1993-cü il təvəllüdlü E. Əsgərov qarnın kəsici-deşici yarası ilə xəstəxanaya yerləşdirilib.
O, dərhal əməliyyat edilib və hazırda vəziyyətinin ağır olduğu bildirilir.
33 yaşlı kişini hansı şəraitdə bıçaqlanması məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.