Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 2107" markalı minik maşını ilə "VAZ 21011" markalı avtomobil toqquşub.
Qəza zamanı 1996-cı il təvəllüdlü Kazımov Elxan xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.