Gəncədə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Hərəkətdə olan "Hyundai" markalı minik avtomobili yolu keçmək istəyən 1997-ci il təvəllüdlü Q.Qayıbzadəni vurub.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini kafi olaraq qiymətləndirirlər.
Faktla bağlı araşdırma aparılır.