Gəncədə yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.
Hərəkətdə olan "VAZ-21015" markalı avtomobil hərəkətdə olan zaman qazılan yolda torpaq təpəsinə çırpılıb.
Qəza zamanı xəsarət alan olmayıb, avtomobilə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.