Bank Of Baku

Gəncədə qadın ərini və qayınanasını bıçaqlayıb

Gəncədə qadın ərini və qayınanasını bıçaqlayıb
# 25 avqust 2025 16:07 (UTC +04:00)

Gəncədə qadın ərini və qayınanasını bıçaqlayıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, Daşkəsən rayon sakini 55 yaşlı N.Paşayeva və oğlu O.Paşayev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal ana və övladı əməliyyat edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən A.Məmmədova saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR