Bank Of Baku

Gəncədə sərnişin avtobusu qəzaya düşüb, xəsarət alanlar var - FOTO

Gəncədə sərnişin avtobusu qəzaya düşüb, xəsarət alanlar var - FOTO
# 12 noyabr 2024 14:48 (UTC +04:00)

Gəncədə yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı maşınla “İsuzu” markalı sərnişin avtobusu toqquşub.

Qəza zamanı avtobusda olan 3 sərnişin - 1966-ci il təvəllüdlü Ç. Babayeva, 2005-ci il təvəllüdlü N. İbrahimova və 1968-ci il təvəllüdlü S. Fərzəliyeva xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR