Goranboyda avtomobilin vurduğu piyada xəsarət alıb.
APA-nın məlumatına görə, hadisə Rəhimli kəndində baş verib.
"Niva" markalı avtomobilin vurması nəticəsində müxtəlif bədən xəsarətləri alan 1962-ci il təvəllüdlü kənd sakini İsmayılova Kəmalə Əjdər qızı xəstəxanaya yerləşdirilib. Daha sonra yaralı Gəncədəki klinikaların birinə köçürülüb.
Faktla bağlı araşdırma aparılır.