Goranboyda qadın ehtiyatsızlıqdan yanıq xəsarəti alıb.
APA-nın yerli bürosunun məlumatına görə, rayon sakini, 1979-cu il təvəllüdlü G.Fərmanova əl və üz nahiyyəsinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dərhal qadına yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, qadın yaşadığı evdə qaz sobasını yandıran zaman ehtiyatsızlıqdan yanıq xəsarəti alıb.