Goranboyda avtomobil 15 yaşlı velosipedçini vurub.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Qərvənd kəndi yaxınlığından keçən yolda baş verib.
2006-cı il təvəllüdlü Amil Muradov velosipedlə hərəkət edən zaman onu avtomaşın vurub. Yaralı əvvəlcə Goranboy xəstəxanasına, daha sonra Gəncədəki klinikaların birinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.