Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan magistralında qeydə alınıb. “VAZ 21016” markalı minik maşını "Mercedes" markalı avtomobilə arxadan çırpılıb.
Qəzada “VAZ”da olan üç nəfər-1980-ci il təvəllüdlü B.İsmayılov, 1966-cı il təvəllüdlü M.Aslanov və 2020-ci il təvəllüdlü N.İsmayılova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən APA-ya verilən məlumata görə, dekabrın 4-də saat 15:25 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (2 kişi, 1 qadın olmaqla) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı xəsarətlər diaqnozu təyin edilib.
Hazırda 2 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir. Digər 1 nəfərə zəruri tibbi yardım göstərildikdən sonra Goranboy rayonunda yerləşən özəl tibb müəssisəsinə təxliyə edilib.