Bank Of Baku

Goranboyda zəhərlənən 30 yaşlı kişi xəstəxanada ölüb

Goranboyda zəhərlənən 30 yaşlı kişi xəstəxanada ölüb
# 12 iyun 2025 08:20 (UTC +04:00)

Goranboyda zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qaradağlı kəndində baş verib. Kənd sakini 1995-ci il təvəllüdlü Y. İbrahimov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 30 yaşlı kişiyə yardım edilsə də, onu xilas etmək mümkün olmayıb.

Məlumata görə Y. İbrahimov mal-qaranın dezinfeksiyasında istifadə olunan "Niasitol" adlı kimyəvi maddədən zəhərlənib. Azyaşlı "Niasitolu" pivə bakalına töküb, Y. İbrahimov isə bilməndən onu içib.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən APA-ya verilən məlumata görə, iyunun 12-də saat 01:00 radələrində 1995-ci il təvəllüdlü (kişi cinsli) şəxs zəhərlənmə şübhəsi ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona digər dəqiqləşdirilməmiş dərman zəhərlənməsi diaqnozu təyin edilib. Göstərilən tibbi yardımlara və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 01:04-də radələrində pasiyentin ölüm faktı qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR